"Damla, Miri Yusif, Günay İbrahimli filmlərdə rola çəkildi, hansı təlabatdan danışırıq?"

"Damla, Miri Yusif, Günay İbrahimli filmlərdə rola çəkildi, hansı təlabatdan danışırıq?"

"Əgər hansısa kinoistehsalçı Azərbaycan kino bazarının tələbini bilirsə, mən onun qarşısında baş əyirəm. Hansı tələbdən danışırıq? Damla filmdə baş rola çəkildi. Nə oldu? Miri Yusif çəkildi, nə oldu? Günay İbrahimli çəkildi, nə oldu?"

BiG.AZ xəbər verir ki, bu sözləri aktyor Azər Aydəmir Ucnoqta.az-a söyləyib:

"Azərbaycanda “kino bazarı” anlayışı hələ formalaşmayıb. Hansı tələbdən söhbət gedir? Biz hamımız dərnək səviyyəsində çalışırıq və bu dərnəyin ələnməsini arzulayıram. Biz hələ o mərhələdəyik ki, tamaşaçını televiziyaya və kinoteatrlara qaytarırıq. Onları bu iki amildən qaçırtdığımız üçün onlardan üzr istəyirik. Hələ bu prossesi qurtaraq, sonra tələbdən danışmaq olar".

 

Mənbə: big.az