Məşhur yutuber uşağını çinli bir ailəyə övladlıq verdi

Məşhur yutuber uşağını çinli bir ailəyə övladlıq verdi

"You tube" hesabında övladlığa götürdüyü autizm sindromlu uşağın videolarını yayımlayan məşhur yutuber Muka Stauffer oğlunu başqa bir ailəyə vermək məcburiyyətində qaldığını söyləyib.

Moderator.az xəbər verir ki, Çinli bir ailənin uşağını övladlığa götürən tanınmış yutuberin bu qərarını pul qazandıran bir platforma vasitəsi ilə açıqlaması izləyicilər tərəfindən tənqidlə qarşılanıb.

Yutuberin vəkilləri uşağın övladlığa götürüldükdən sonra bir çox mütəxəssislə əlaqə yaradıldığını və mütəxəssislər tərəfindən başqa bir ailəyə verilməsinin tövsiyə edildiyini söyləyib.

Yazdığı məqalələr və çəkdiyi videolar sayəsində sosial mediada tanınan yutuber ''Huksley xüsusi bir uşaqdır və onun ciddi bir qulluğa ehtiyacı yoxdur. Ona sadəcə böyük bir sevgi vermək lazımdır. Kaşki autizm və övladlığa götürmə travması ilə bağlı biz yönləndirəcək biri olsaydı. Çətin günlər yaşadıq, amma buna dəydi" deyib.

Kamran

Mənbə: moderator.az