"Xəyanəti heç vaxt bağışlamaram" - Gülay Zeynallı - VİDEO

"Xəyanəti heç vaxt bağışlamaram" - Gülay Zeynallı - VİDEO

Son günlər Gülay Zeynallı və onun ailəsi hər kəsin diqqət mərkəzindədir.

BiG.AZ xəbər verir ki, müğənni "MTV" də yayımlanan "Ulduzun vaxtı" verilişində qonaq olarkən şəxsi həyatı ilə bağlı suallara cavab verib.

O, aparıcının "xəyanəti bağışlayarsınızmı" sualına cavab olaraq bildirib ki, nəinki həyat yoldaşının hətta dostlarının belə xəyanətini bağışlamaz:

"Xəyanətin izini heç vaxt silmək olmaz. Bu tək həyat yoldaşına aid deyil. Məsələn, sənin yanında bir işçi var. Sən ona hər şeyini əmanət edirsən, ailənə dəstək olduğun kimi ona da dəstəksən o, sənə xəyanət etsə necə bağışlamaq olar. Eləc də kişi və qadın münasibətində. Əgər ortada sevgi, istək varsa orda xəyanət ola bilməz. Xəyanət varsa demək ki, ortada sevgi yoxdur".


Samirə Qasımova

 

Mənbə: big.az