"Santa-Barbara", "Təcili Yardım" seriallarında rol alan aktrisa vəfat edib

"Santa-Barbara", "Təcili Yardım" seriallarında rol alan aktrisa vəfat edib

Amerikalı aktrisa Peqqi Poup vəfat edib.

Open.az xəbər verir ki, 91 yaşlı aktrisa ötən gecə dünyasını dəyişib.

Peqqi Poup Amerikada televiziya filmləri və seriallarda rol alan aktrisa kimi tanınıb.

Sənət həyatına Brodveydə başlayan aktrisa, 50-dən çox obraz ifa edib. "Təcili Yardım", "Santa-Barbara", "Qanun və qayda" seriallarında ifa etdiyi epizodik rollardan razı qalan aktrisa: "Mən yaxşı film və seriallarda, özümə maraqlı olan rolları ifa etmişəm" demişdi.

Qeyd edək ki, mərhum aktrisa "Santa-Barbara" serialında Bekki adlı obrazı ifa edib. Epizodik rol serialın 1986-cı ildə yayımlanan iki seriyasında nümayiş edilib.

Ülviyyə Həsənqızı

 

 

Mənbə: open.az