Kərəmlə Handenin serialının ilk tanıtımı səs-küy yaratdı - VİDEO

Kərəmlə Handenin serialının ilk tanıtımı səs-küy yaratdı - VİDEO

Türkiyəli aktyorlar Kərəm Bürsin və Hande Erçelin baş rolda oynadığı “Sen çal kapımı” adlı serialın ilk tanıtım çarxı yayımlanıb.

Axşam.az xəbər verir ki, tizer qısa zamanda sosial mediada gündəm olub. Hər iki sənətçinin fanatları onların bir-birinə çox yaraşdıqlarını və serialın seviləcəyini yazıblar.

Qeyd edək ki, FOX TV-də yayımlanması planlaşdırılan ekran işində Neslihan Yeldan, Bige Önal, Evrim Doğan, İsmail Ege Şaşmaz, Anıl İlter, Melisa Döngel kimi aktyorlar da yer alacaq.

Mənbə: axsam.az