DİM rezidenturaya qəbul imtahanına hazırlaşan namizədlərə müraciət edib

DİM rezidenturaya qəbul imtahanına hazırlaşan namizədlərə müraciət edib

Report — Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzi otk.az portalına rezidenturaya qəbul imtahanının ikici mərhələsi üzrə yeni variant ödənişsiz onlayn sınaq imtahanı əlavə edib.

Mərkəzdən "Report"a verilən məlumata görə, sınaq imtahanının test tapşırıqları tam yenidir və əvvəllər istifadə olunmayıb.

İmtahana buradan yazıla bilərsiniz. Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib və günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər.

Onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə edə, yenidən test tapşırıqlarına baxa, onları təhlil edə, öz cavablarınızla düzgün cavabları müqayisə edə biləcəksiniz.

Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaq qaydaları ilə “otk.az”da “Təlimatlar” bölməsində tanış ola bilərsiniz.

Mənbə: report.az