Nəsrin Cavadzadənin 14 yaşlı pişiyi və...

Nəsrin Cavadzadənin 14 yaşlı pişiyi və...

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə sosial mediadan 14 ildir birlikdə yaşadığı gözəl gözlü pişiyini nümayiş etdirib.

Open.az xəbər verir ki, "Yasak Elma" serialında Şahika obrazını canlandıran Nəsrin Cavadzadə karantin günlərini sevimli pişiyi ilə birlikdə keçirib.

Evdə qaldığı günlərdə pişiyi ilə birlikdə idman edən aktrisanın əhval-ruhiyyəsi yüksək olsa da, Nəsrin Cavadzadə yenidən çəkiliş meydançasına qayıdacağı günü səbirsizliklə gözləyir.

Mənbə: open.az