Dünya ulduzu 18,5 milyon dollara villa alır - FOTO

Dünya ulduzu 18,5 milyon dollara villa alır - FOTO

Hit mahnıları və ağlasığmaz səhnə obrazları ilə dünyaya səs salan barbadoslu pop-ulduz Rihanna Hemptonsda okeanın sahilində yerləşən villasında isti günlərin dadını çıxarır.

Nyu-Yorkdan çox uzaqlaşmaq istəməyən sənətçi, eyni zamanda təbiətdə daha çox vaxt keçirmək üçün ideal məkan seçib.

“New York Post” nəşrinin yaydığı məlumata əsasən, Rihanna Nyu-Yorkdan 1,5 saatlıq məsafədə yerləşən Hemptonsda Atlantik okeanının sahilində yerləşən villanı icarəyə götürüb.

Nəşr bildirir ki, yay tətili günlərində bəyənərsə, Rihanna payızda həmin villanı satin alacaq. Mövsüm üçün daşınmaz əmlakın icarəsi müğənniyə 800 min dollara başa gəlib. Malikanə 18,5 milyon dollar dəyərində qiymətləndirilir.

Dörd yataq, üç vanna, qonaq və yemək otağı ilə birləşdirilmiş iki mətbəxi olan villanın sahəsi 400 kvadrat metrdir.

İnteryer əsasən ağ rəngdədir. Dəbdəbəli malikanənin yerləşdiyi sahədə cakuzi və çimərliyə xüsusi girişli hovuzu var.

Rəşad Əliyev

Mənbə: www.oxu.az