Təhsil Nazirliyindən məlumatların əldə olunmasına dair onlayn sorğu keçirilib

Təhsil Nazirliyindən məlumatların əldə olunmasına dair onlayn sorğu keçirilib

Bakı, 4 iyun, AZƏRTAC

Təhsil Nazirliyinin fəaliyyəti ilə əlaqədar məlumatların əldə olunmasına dair onlayn sorğu keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nəticələrə əsasən, sorğuda iştirak edən şəxslərin 16 min 597 nəfəri məlumatları Təhsil Nazirliyinin rəsmi internet saytı, 2617 nəfəri “Facebook” səhifəsi, 2932 nəfəri “Instagram” hesabı, 151 nəfəri “Twitter” hesabı, 931 nəfəri isə nazirliyin “Telegram” kanalı vasitəsilə əldə edir. 2565 nəfər sorğu iştirakçısı məlumatları digər xəbər saytlarından, 3083 nəfər isə dostlardan əldə etdiyini bildirib.

AZERTAG.AZ :Təhsil Nazirliyindən məlumatların əldə olunmasına dair onlayn sorğu keçirilib

Mənbə: azertag.az