Afaq Məsud dünyası...(VİDEO)

Afaq Məsud dünyası...(VİDEO)

Çoxları özünün, o isə dünyanın tərcümeyi-halını yazır...

Afaq Məsud!.. Yalnız Azərbaycan yox, ümumən dünya miqyasında özünü təsdiq etmiş böyük bir yazıçı!..Yaradıcılığa çox gənc yaşlarından başlayıb. Və demək olar ki, hər bir yeni əsəri ədəbi- ictimai mühitin nəzər- diqqətini cəlb edərək müxtəlif səviyyəli müzakirələrin predmetinə çevrilib. Afaq Məsudun ilk hekayələri tələbəlik illərində “Ulduz” jurnalında çıxmağa başlayır... “Üçüncü mərtəbədə” adlı ilk kitabı (1976) da nəşr olunur ki, ona Xalq yazıçısı Süleyman Rəhimov “Yaradıcılıq baharı” adlı ön söz yazır...“Sərçələr”, “Dovşanın ölümü”, “Ov quşu”, “O”, “Dahi”, “Prezident”, “Alman kilsəsi”, “Müvəkkil Vaysman” hekayələri, “İzdiham”, “Azadlıq” romanları 90- cı illərin məhsuludur. Və həmin illərin sonlarında yazıçının “Roman. Esse. Hekayə” kitabı nəşr olunur... Əsərləri rus, ingilis, fransız, alman, Ukrayna, gürcü, bolqar, fars, ərəb, türk və s. dillərə tərcümə və nəşr edilib. "Can üstə", "O məni sevir", "Yol üstə", "Qatarın altına atılan qadın", "Kərbala", “Mənsur Həllac” pyeslərinin müəllifidir. “Qatarın altına atılan qadın” pyesi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, “Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət Teatrında səhnəyə qoyulub. 2017-ci ildə Azərbaycanda tərcümə işinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.2019-cu ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Xalq yazıçısı” fəxri adına layiq görülüb. O yazır ki, qoy bir zamanlar bilsinlər bu dünyada necə düşünüb, necə yazıblar. Çoxları özünün, O isə dünyanın tərcümeyi- halını yazır. Bu da onun özünəməxsusluğudur. Bu, Afaq Məsudun dünyasıdır...

Mənbə: www.realtv.az