Məşhur aktyordan illər sonra gələn etiraf: "Türkanın gözləri göz deyil, gözistandı, məmləkət türküsüdür"

Məşhur aktyordan illər sonra gələn etiraf: "Türkanın gözləri göz deyil, gözistandı, məmləkət türküsüdür"

Türk kinosunun əfsanəvi aktyoru Cüneyt Arkın uzun illərdən sonra Türkan Şoraydan danışıb.

Open.az xəbər verir ki, Cüneyt Arkın sosial media hesabında Türk kinosunun sultanı adlandırılan Türkan Şorayla çəkilmiş fotosunu paylaşaraq, ilk dəfə kamera qarşısına keçdikləri günü xatırlayıb.

"Türkanla ilk filmimi çəkərkən, "Gözlərinə qətiyyən baxma. Ölərsən" dedilər. Kim gənc yaşda ölmək istəyər ki? Qarşılıqlı ilk səhnəmizdə mənə deyilən bu sözü yadımdan çıxartmadım. Türkanın replikalarını dinləyərək, onun qulağına, alnına, çənəsinə baxırdım. Amma gözlərinə baxa bilmirdim. Bunu hiss edən Türkan, nəzakətindən susurdu. Aramızda səmimilik alınmırdı. Sonunda "Ölsəm də, onun gözlərinə baxaraq öləcəm" deyib, üsyan etdim və Türkanın gözlərinə baxdım. İlahi, gözlər göz deyildi. Gözistandı, məmləkət türküsüydü. Türkan, o qədər səmimi, təvəzökardır ki, az qala böyük uşadır. Uşaq kimi sevinir, inciyirdi. Birlikdə böyük eşq filmləri çəkdik. Gənc qadınlar, dəliqanlı oğlanlar şəxsi həyatlarında bizim kimi sevib, bizim kimi aşiq olurdular..." deyə Cüneyt Arkın sevgi və hörmətini illər sonra belə ifadə edib.

Ülviyyə Həsənqızı

 

 

Mənbə: open.az