Aybəniz Haşımova xəstəliyə tutulub – Özü açıqladı

Aybəniz Haşımova xəstəliyə tutulub  – Özü açıqladı

Əməkdar artist Aybəniz Haşımova qızıl yel xəstəliyinə tutulub.

Yenisabah.az xəbər verir ki, bu haqda sosial şəbəkədə məlumat verən sənətçi sağlamlığında ciddi problem yaşadığını deyib: “Bir neçə gündür ki, canlı musiqiləri sizə təqdim edə bilmirəm. Əsla düşünməyin ki, sizi unutmuşam. Sadəcə olaraq, sağlamlığımda ciddi problem yaşayıram. Ayaqlarımla bağlıdır. Yəqin ki, qızıl yel xəstəliyini eşitmisiz”.

Qeyd edək ki, qızıl yel streptokokk mikrobun törətdiyi ağır infeksion xəstəlikdir. Bu zaman dəri zədələnir, dəridə xarakterli al-qırmızı ləkələr əmələ gəlir. Müalicə olunmasa bu xəstəlik çox ağır fəsadlar verə bilər.

Mənbə: yenisabah.az