Yaşar Nurinin qızı: "Atam dedi ki, bundan sənə ər olmaz" - Şok sözlər

Yaşar Nurinin qızı: "Atam dedi ki, bundan sənə ər olmaz" - Şok sözlər

Xalq artisti Yaşar Nurinin qızı Ülkər Nuriyeva "Şou ATV" verilişində şəxsi həyatından danışıb.

Teleqraf.com xəbər verir ki, həyat yoldaşından boşanan Ülkər Nuriya etirafı ilə diqqət çəkib:

"Nişanlı olanda atam pəncərədən baxa-baxa dedi ki, ay bala, bundan sənə həyat yoldaşı olmaz. Bundan vaz keç. Mən də dedim ki, nə danışırsan, onu sevirəm, vaz keçə bilmərəm.

Həyat yoldaşım barışmaq üçün bir neçə dəfə gəldi, barışmadım.

Atam xəstə olanda həyatımda bir insan da var idi. Bəlkə indi məni buradan görür. O, məni sevirdi. Bizim neçə il ciddi münasibətimiz oldu, hətta ailəsi də bilirdi.

O insanla "salam"ımız indi də qalır, onu heç vaxt bağışlamayacam. Ona dedim ki, atam ölümcül vəziyyətdədir, barmağıma üzük taxın. Məni arxayın elədi, atama dedim, amma gəlmədilər. Bu, atamın ürəyində qaldı, dünyasını belə dəyişdi. Məndən nigaran getdi..."

Mənbə: teleqraf.com