“Hələ bunlar nədir ki...”

“Hələ bunlar nədir ki...”

“Bu gün Azərbaycan poeziyasının sönməz günəşi, sevgi və gözəllik şairi Mikayıl Müşfiqin doğum günüdür. Bütün varlığı ilə ana, vətən, sevgi və gözəlliyi vəsf edən şairin qısa ömründə yazıb yaratdığı şeirlər poeziyamızın parlaq inciləridir. Şairin əsərləri bütün gənclərimizə örnək olan vətənə sevgi, azadlıq, milli mənlik şüurunun oyanması kimi hissləri aşılayır”. Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Facebook səhifəsində paylaşıb. O, daha sonra yazıb:

“Yaratadığı sənət inciləri ilə ədəbiyyatımızı zənginləşdirən şair qəlbimizdə əbədi yaşayır və yaşayacaqdır. Hər zaman sevgi, sayğı və rəhmətlə anırıq!

Mənim könlüm deyir ki,
Hələ bunlar nədir ki...
Böyük günlər, şanlı günlər, şən günlər,
Yoluna düşən günlər
Hələ qarşımızdadır!

Hələ bunlar nədir ki...
Mənim könlüm deyir ki,
Həyat ondan küsənləri incidər
Möhkəm dəzgah, şirin əmək, inci tər
Hələ qarşımızdadır!

Babam derdi: "Keçən günə gün çatmaz!"
Mənim könlüm bu sözlərə heç yatmaz.
O düşünüb deyir ki,
Hələ bunlar nədir ki...
Ay işığı, dolu ürək, yaşıl bağ,
Qızğın günəş, sərin çeşmə, qarlı dağ
Hələ qarşımızdadır!”

Allahdan böyük şairimizə sevgi dolu rəhmət diləyirik.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com