Rusiyanın məşhur aktyoru dələduzluğun qurbanı olub

Rusiyanın məşhur aktyoru dələduzluğun qurbanı olub

Rusiyanın tanınmsış aktyoru Konstantin Xabenski xanımı ilə birlikdə dələduzluğun qurbanı olub.

Bu barədə “112” “Telegram” kanalı xəbər yayıb.

Aktyor 2018-ci ilin noyabr ayında “Maxaon” yaşayış kompleksində elit mənzilini təmir etdirmək üçün “İmperiya” şirkəti ilə müqavilə bağlayıb. İşin qəbulu ilə bağlı aktı özünü şirkətin direktoru və dizayneri kimi təqdim edən Ruslan Sautkin imzalayıb. O, vəd etdiyi təmiri həyata keçirmədən aradan çıxıb.

Xabenski altı milyon rubldan (147 764 AZN) artıq pulun qaytarılmasını tələb edib. Lakin bu günə qədər heç bir iş görülməyib.

Artıq bununla bağlı RF İstintaq Komitəsi yoxlamalara başlayıb.

Mənbə: www.oxu.az