Mikayıl Müşfiqin acı taleyi film oldu - VİDEO

Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin doğum günü münasibətilə televiziya filmi ərsəyə gətirilib.

Oxu.Az xəbər verir ki, qanlı Stalin repressiyasının ən gənc ziyalı qurbanlarından olan M.Müşfiqə həsr olunmuş film “Bəraət: №1109” adlanır.

Ekran işində nakam şairin acı taleyi, repressiya qurbanı olaraq seçilməsinin səbəbləri gözlər önünə sərilib.

Film sabah 22:00-da İctimai Televiziyada yayımlanacaq:

 

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Britaniya şirkəti koronavirus peyvəndinin istehsalına başladı

SONRAKI XƏBƏR

Tayvan “Harpoon Blok II” raket sistemləri almaq istəyir