34 yaşlı müğənni koronavirusdan öldü

34 yaşlı müğənni koronavirusdan öldü

Amerikanın məşhur “Dream Street” pop qrupunun keçmiş üzvü Kris Truzdeyl iyunun 3-də koronavirusdan ölüb.

Axşam.az xəbər verir ki, bu barədə 34 yaşlı müğənninin qohumları məlumat veriblər.

Həkimlər bir neçə gün xəstəxanada müalicə alan Krisin həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, mərhum müğənninin “Dream Street” qrupundakı fəaliyyəti 1999-cu ildə başlayıb.

Mənbə: axsam.az