"İki günə heç kim acından ölməz" - Kərim marketlərdəki "çörək davası" ndan danışdı

"İki günə heç kim acından ölməz" - Kərim marketlərdəki "çörək davası" ndan danışdı

Müğənni Kərim Abbasov instaqram hesabında canlı yayımda olub.

BiG.AZ xəbər verir ki, müğənni canlı yayım zamanı ölkədə tətbiq olunan sərt karantin rejimi ilə bağlı ötən gün marketlərdə baş verən "çörək davası" ndan danışıb:

"Dünən marketlərdəki görüntülər çox acınacaqlı idi. Çörək yoxdu, un alın bişirin. Bu nə biabırçılıqdır...Axı iki günə heç kim acından ölməz. Çörək yoxdu, qarabaşaq, makaron, düyüdən yeməklər bişirin. Çörək davası nə idi, sadəcə biabırçılıqdır".

 

Mənbə: big.az