Hazal Kaya vegetarian oldu

Hazal Kaya vegetarian oldu

Bir neçə ay öncə ana olan türkiyəli aktrisa Hazal Kaya qidalanma rasionunu dəyişib.

Axsam.az xəbər verir ki, aktrisa 1 həftə öncə vegetarian olmaq qərarına gəlib.

Ət, yumurta və süd məhsulları da daxil olmaqla bütün heyvan mənşəli qidaları həyatından çıxaran Hazal Kaya çətinlik çəkdiyini etiraf edib:

"Bir şeylərin vegetarian halını düzəltməyə çalışıram, amma kök salmışam, yoxsa çiçək açmışam bilmirəm. Anteplilər tərəfindən qəbul olunan reseptlər yəqin ki, var".

Mənbə: axsam.az