“Ədalət yoxdursa, sülh də yoxdur” - Madonna etiraz aksiyalarına qatıldı

“Ədalət yoxdursa, sülh də yoxdur” - Madonna etiraz aksiyalarına qatıldı

Dünya şöhrətli müğənni Madonna ABŞ-da keçirilən qaradərililərin aksiyasına dəstək verib.

Cebhe.info xəbər verir ki, ulduz müğənni əlil arabasında aksiyalara qatılıb.

Qeyd edək ki, pop musiqisinin kraliçası olaraq tanınan 61 yaşlı müğənni, keçən ilin oktyabrındakı son səyahət turunda dizindən zədə alıb.

Bu səbəbdən o, aksiyaya əsa ilə qatılıb. Madonnanın Londondan etirazlara qatıldığını görənlər onu alqışlayıblar. Bundan əlavə, müğənninin etirazçılarla birlikdə “ədalət yoxdursa, sülh də yoxdur” şüarı səsləndirdiyi bildirilir.

Əli Bədir
Cebhe.info

Mənbə: cebhe.info