"Bunun adı cahillikdir" - Maska taxmayanları tənqid etdi

"Bunun adı cahillikdir" -  Maska taxmayanları tənqid etdi

Türkiyəli aktrisa Burcu Kara çöldə maskasız gəzən vətəndaşları tənqid edib.

Axşam.az xəbər verir ki, o sosial şəbəkədə koronavirusun yayılmağa davam etdiyi zamanda insanların məsuliyyətsiz davranmağını başa düşmədiyini qeyd edib:

"İki gün bütün qaydalara riayət edərək işlərimi həll etdim və evə qayıtdım. Təəssüf ki, insanların 80 faizində maska yox idi. Onu taxanda heç kim zövq almır, amma neçə aydır fasiləsiz maskadan istifadə edən həkimlərin yerinə özünüzü qoyun. Bu qədər əməyi necə yox saya bilirsiniz? Heç kim "virus artıq yoxdur" deməyib. "Tədbir alıb, həyatınıza elə davam edin" deyilib. Bunu etmek cahillikdir. Belə bir vaxtda maska taxmamaq, qanunlara riayət etməmək qul haqqına girməkdir. İnsaf…".

Mənbə: axsam.az