Prezident yanında Şura üzvündən həyacanlı KORONAVİRUS XƏBƏRDARLIĞI: “Gəncədə vəziyyət yaxşı deyil...”

Prezident yanında Şura üzvündən həyacanlı KORONAVİRUS XƏBƏRDARLIĞI: “Gəncədə vəziyyət yaxşı deyil...”

"İndicə Gəncədən bir QHT rəhbəri zəng edib mənə. Onda koronavirusa görə test pozitiv çıxıb. Evdə valideyni və övladı da var. Amma təcili yardım gəlib aparmır. Ümumiyyətlə Gəncədə vəziyyətin yaxşı olmadığı deyilir, yoluxmaçoxalıb”.

Sfera.az-ınməlumatına görə, bu sözlər Prezident yanındaQHT-lərə Dəstək Şurasının üzvü Sahib Məmmədova məxsusdur. Sonuncu paylaşımı ilədiqqətləri ölkənin ikinci böyük şəhəri olan Gəncədəki acınacaqlı epidemiolojiduruma yönəldən S.Məmmədovun sözügedən statusu ciddi müzakirələrə səbəb olub.

Ölkənin tanınmış simaları şərh bölümündə S.Məmmədovun narahatlığına şərikolduqlarını bildirərək, Gəncədəki vəziyyətin təcili olaraq nəzarətə götürlüməsininvacibliyini vurğulayıblar.

Bu baxımdan Gənc Liderlər təşkilatının təsisçisi Sabina Alakbarova vəNAYORA üzvü Vüsalə Hüseynlinin şərhləri diqqət çəkib.

Həmin paylaşımın fotosunu təqdim edirik.

 

Mənbə: sfera.az