25 kiloya düşən və reanimasiyaya yerləşdirən türkiyəli sosial media fenomeni Nihal Candanın vəziyyəti ağırlaşıb.
Bu haqda onun anası məlumat yayıb.
O, qızının vəziyyətinin kritik olduğunu bildirərək insanlardan dua etməsini istəyib:
"Vəziyyəti çox ağırdır. Ölüm riski ilə qarşı-qarşıyayıq. Hazırda süni nəfəs aparatına bağlıdır. Dualarınıza ehtiyacımız var".
Qeyd edək ki, Nihal Candan anoreksiya nevroza xəstəliyindən əziyyət çəkir.
29 kilo olaraq xəstəxanaya yerləşdirilən fenomenin hazırda çəkisi 25 kilodur.
Könül
Mənbə: musavat.com