Lənkaran MERODA qiymətlər qaldırıldı - Yeni rəis, müavini vasitəsi ilə PRAVAya 1200 manat istəyir (ŞİKAYƏTÇİLƏR VAR)

Lənkaran MERODA qiymətlər qaldırıldı - Yeni rəis, müavini vasitəsi ilə PRAVAya 1200 manat istəyir (ŞİKAYƏTÇİLƏR VAR)

Cənub bölgəsində «prava» almaq istəyənlər Mero rəisi Mübariz müəllimin maklerlərinin və müavini Raqibin əlində giriftar qalıb.

GUNinfo.az-a Lənkaran MERO ilə bağlı bir qrup narazı şəxslərdən müraciəti daxil olub. Beləki, həmin müraciətdə deyilir ki, Lənkaran MEROSUNDA qeydiyyat-imtahan və texniki baxış şöbəsi sözün həqiqi mənasında bazara çevrilib. Həmin işləri isə mero rəisinin müavini və digər işçisiləri həyata keçirit. İddiaya görə, MERO rəisi son aylar biznesinin çiçəkləndirmək üçün "açıq qapı" sistemi elan edib. Yerli camaat yeni rəis Mübariz Əhədovun müavini Raqib vasitəsilə istənilən şəxsə rüşvətlə sürücü vəsiqəsi verdiyi üçün onun əməllərinə "açıq qapı" sistemi deyirlər. Yəni, 1200 manat civarında pulu olan hər bir vətəndaş Lənkaran Qeydiyyat-İmtahan Şöbəsindən sürücü vəsiqəsi əldə edə bilər.

Lənkaran sakinləri iddia edirlər ki. hazırda qeydiyyat-imtahan və texniki baxış şöbəsinin B kateqoriyası üzrə sürücülük vəsiqəsi 870--dən 970-ə, BC kateqoriyası üzrə sürücülük vəsiqələri isə 1070-dən1170- qaldırılıb. «E-D və digər kataqoriyalari isə əldə etmək bir qədər baha başa gəlir».

Görünür yeni təyinat almış Mübariz Əhədov prezidentin, qanunları pozan,camaatı incidən məmurları tənqid etdiyi məşhur çıxışından xəbəri yoxdur...

Görəsən bu cür özbaşnalıqlar edən, hər gün səhər saatlarından işə gəlib qapını bağlı saxlayan mero rəisi müavini Raqibin əli ilə bütün pulyığma kompaniyasını daxili telefon vasitəsi ilə həyata keçirir. Lənkaran sakini Fərahim, Cəlilabad sakini Aydın , Şahverən müəllim və Qurban kişinin Mübariz müəllimin idarəsində üzləşdiyi korrupsiya halları haqda ilginc məlumatları əldə etdiklərini və bunu videoya çəkdiklərini bildirir. Və qiymətlərin bu qədər süni şişirdilməsindən narazılıq ediblər.

Növbəti yazıda biləcəksiniz:
-Sumqayıtın «Kolxoz Bazarı»nın direktoru olmuş Hacı Ağamirzə Əhədovun övladları nəyi bölə bilmir?
- Kamil və Mübariz Əhədovlar nədən evlərində silahlı polis saxlayır?
- İki qardaşı qanlıbıcaq edən ən böyük səbəbin şok təfərrütları...
-Lənkəran MERO-da oğurluq maşınlar necə qeydiyyata alınır?
-Hüseyn kişi sürücülük vəsiqəsini almaq üçün rəisin müavini Raqibə nə qədər verdi və onu çilədən çıxardan nə oldu?
- Mero rəisinin alınacaq rüşvətin məbləğini nədən rəngli kağızlara yazıb Əli və Mais adlı işçilərinə göndərir və rəisin başqa ən yaxın “makler”ləri kimlərdir?
- Tanışlara 870 manatdan başlayan qiymətləri 1170 manata qaldıran rəis, “ yuxarılar belə istəyir mən kiməm” deyəndə hansı müavini nəzərdə tutur?

Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq

Mənbə: bakunews.az