Lukaşenkonun gənc qızlarla rəqs görüntüləri yayıldı: Maskasız, məsafəsiz... - VİDEO

Lukaşenkonun gənc qızlarla rəqs görüntüləri yayıldı: Maskasız, məsafəsiz... - VİDEO

Belarus lideri AleksandrLukaşenkonun rəqs görüntüləri yayılıb.

Cebhe.info xəbər verir ki, dövlət başçısı dünən məzunların buraxılış mərasiminə qatılıb. Mərasimdə ukraynalı müğənni Taisiya çıxış edib.

Məzunlar qarşısında çıxış edən Prezident daha sonra onlarla birlikdə rəqs edib. Çox keçmədən rəqs görüntüləri sosial şəbəkələrdə yayılıb.

Dünyada koronavirus pandemiyasına görə karantin tədbirlərinin tətbiq olunduğu, sosial məsafə və maska tələbinin qüvvədə olduğu bir zaman Lukaşenkonun bu mərasimdə iştirakı maraqla qarşılanıb.

Xəzər
Cebhe.info

Mənbə: cebhe.info