Xalq artisti: “Heç nəyin əvvəlki ləzzəti yoxdur”

Xalq artisti:  “Heç nəyin əvvəlki ləzzəti yoxdur”

"Səhnə üçün, tamaşaçı üçün darıxıram. Konsert salonlarında tamaşaçı görməmək insana qəribə gəlir". Bunu Azvision.az -a Xalq artisti Aygün Bayramova deyib.

Tanınmış xanəndə bildirib ki, karantin günlərini şəhərdə və ya bağ evində keçirir.

"İşimdən asılı olaraq ya bağda, ya da bina evində oluram. Çox darıxdırıcıdır. Konservatoriyada martin əvvəlindən onlayn işlədik, imtahanları onlayn götürdük. Tələbə ilə canlı ünsiyyət, dərs prosesi başqadır. Amma nə edək? Dünyanı cənginə olan virus bütün ölkələrdə həyat fəaliyyətini dondurub. Haradasa vəziyyətə uyğunlaşmışıq. Ümid edirəm ki, qarşıdakı aylarda yoluxma azalacaq. Arada efirlərə gedirəm. Lakin heç nəyin əvvəlki ləzzəti yoxdur".

A.Bayramova rayona getmək istədiyini söyləyib: "Bacardığım qədər virusdan qorunuram. Çünki tək özümüzü deyil, yaxınlarımızı da düşünməliyik. Sərt karantin rejimindən sonra icazə veriləcəksə, rayona getmək istəyirəm. Görək vəziyyət necə olur. Mənim gedəcəyim rayonda karantin yoxdur.

Dost-tanışla tez-tez görüşməsək də xəbərləşirik. Səhnə üçün, tamaşaçı üçün darıxıram. Konsert salonlarında tamaşaçı görməmək insana qəribə gəlir. Alqış eşitmək istəyirəm".

Mənbə: azvision.az