Ata olacağına görə evlənməyə qərar verdi

Məşhur bəstəkar-müğənni Soner Sarıkabadayı ata olacaq. “Qafqazinfo” xəbər verir ki, onun kolumbiyalı sevgilisi Madelein Camelo Lopez beş aylıq hamilədir.

İki ildir sevgili olan cütlük bu səbəbdən 15 gün ərzində evlənmək niyyətindədir.

Soner ata olacağı barədə xəbəri eşidən kimi evini də dəyişdirib. O, təbiəti ilə seçilən İstanbulun Zekeriyaköy ərazisində villa kirayələyib.

Sarıkabadayı, eyni zamanda sevgilisinin ailəsini də Türkiyəyə gətirəcək.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Mikayıl Cabbarov: Sumqayıt Kimya Sənaye Parkında yeni layihələrin icrasına başlanılacaq

SONRAKI XƏBƏR

Tramp ABŞ xalqından nəyi gizlədir? - Demokratlar ayağa qalxdı