“Huşumu itirəndən sonra da məni döyüb”

“Huşumu itirəndən sonra da məni döyüb”

Türkiyənin məşhur aktyoru Ozan Güven tərəfindən şiddətə məruz qalan Deniz Bulutsuz açıqlama yayıb.

“Qafqazinfo” xəbər verir ki, o, sevgilisi tərəfindən bir saat ərzində döyüldüyünü bildirib:

“Ozan Güvenin evində bir saatdan çox şiddətə məruz qaldım. Döyüldüyüm anda bayıra çıxmağıma icazə vermədi. Fiziki və psixoloji şiddətin günahkarı olan Güvenə qarşı hüquqi haqlarımı sonadək müdafiə edəcəm. Çünki şiddət huşumu itirdiyimdən sonra da davam edib. Üzüm və bədənimdəki zorakılıq əlamətlərini əks etdirən fotoları məhkəməyə təqdim etmişik”.

Mənbə: qafqazinfo.az