İbrahim Tatlısesin qızından atasına cavab: " Övladı sənədlə hazırlamırlar..."

İbrahim Tatlısesin qızından atasına cavab: " Övladı sənədlə hazırlamırlar..."

"Atam bütün övladlarına ev verdi, mənə vermədi" deyən Dilan Çıtaka, atası İbrahim Tatlıses: ""Onun sənədləri hazır olmadı, ona görə də vaxtında ev ala bilmədi" cavabını vermişdi.

Open.az xəbər verir ki, ötən gün atasına söz göndərən Dilan Çıtak: "Övlad sənədlə hazırlanmır. Hisslə, duyğuyla dünyaya gətirilir. Övladına qrşı hissi olsaydı. sənədləri bəhanə etməzdi" deyib.

Dilan Çıtak daha sonra bildirib ki: "Düzdür, atamın o biri uşaqları və yanında çalışan yardımçılarından fərqli olaraq, qaça-qaça gedib heç bir sənədi düzəltmədim. Bilsəydim, edərdim və bu gün əldə etdiyim evi, uşaq evinə bağışlayardım"

İbrahim Tatlısesin qızı olan Dilan Çıtak atasının yanında çalışan 23 köməkçisinin də evlə təmin olunduğunu, amma ona qarşı sənədləri bəhanə edərək, biganəlik etdiyini dilə gətirib.

Hazırda ata və qız arasında olan küsülü vəziyyətin nə zaman düzələcəyi bilinmir.

Ülviyyə Həsənqızı

 

 

 

Mənbə: open.az