Eyni kişidən 3 gün fərqlə uşaq dünyaya gətirdilər - FOTO

Eyni kişidən 3 gün fərqlə uşaq dünyaya gətirdilər - FOTO

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində birlikdə yaşayan iki qadın eyni kişidən hamilə qalaraq, üç gün fərqlə doğuş ediblər.



BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə "Metro" nəşri yazır.

Belə ki, 32 yaşlı Karina Rinkon və onun 31 yaşlı həyat yoldaşı Kelli Mesa övlad sahibi olmaq qərarına gəliblər, lakin reproduktiv mərkəz xidmətləri üçün pulları olmadığına görə ev şəraitində mayalanma dəstindən istifadə edərək internetdən tapdıqları donor vasitəsi ilə cəmi 72 funta arzularına qovuşublar.



Cütlük bu şəkildə hamilə qalma şansının az olduğunu bildiyi üçün hər ikisi şansını sınayıb. Gözlənilmədən, hər ikisində də hamiləlik baş tutub.

Nəticədə qadınlar üç gün fərqlə uşaq dünyaya gətiriblər. Analar Leo və Sofi adlı uşaqlarını "az qala əkiz" bacı-qardaş adlandırırlar.



Rinkon və Mesa Venesuelada bir məktəbdə oxuyublar. Sonra hər ikisi ayrılıqda ABŞ-a köçərək fərqli yerlərdə yaşayıblar. 2013-cü ildə Florida ştatının Mayami şəhərində yenidən qarşılaşıblar. Burada hər ikisi biomedikal mühəndis işləyib. Həmin dövrdə ikisi də kişi ilə görüşüb, lakin çox keçmədən rəfiqələr bir-birlərinə qarşı hisslərinin olduğunu anlayıblar. Qadınlar münasibətlərini uzun müddət qohumlarından gizlin saxlayıb, lakin 2017-ci ildə sevgiləri barədə açıq şəkildə elan edib və tez bir zamanda evlənibdər.

Natəvan Baxşiyeva

 

Mənbə: big.az