Şaban Kənan Evrənlə - 31 il əvvəl çəkilən foto müzakirə yaratdı

Türkiyənin mərhum komediya ustası, aktyor Kamal Sunalın sosial şəbəkədə yayılan fotosu maraqla qarşılanıb.

Teleqraf.com xəbər verir ki, sözügedən fotoda Kamal Sunal Türkiyənin mərhum lideri Kənan Evrənlə birgə əks olunub.

Məlum olduğu kimi, bu gün Türkiyənin ən böyük komediya ustası sayılan Kamal Sunalın ölümündən 20 il ötür. Bir çox filmdə yaratdığı Şaban xarakteri ilə məşhurlaşan mərhum aktyorun 31 il əvvəl çəkilmiş fotosu isə müzakirələrə səbəb olub.

Mərhum Prezident Kənan Evrən Çankaya Köşkündə Yeni İl mərasimi təşkil edib. Usta sənətçi Kamal Sunal da bayram tədbirinə qatılan məşhur simalar arasında yer alıb.

Fotonu təqdim edirik:

 

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 176 mindən çox artıb

SONRAKI XƏBƏR

Hesab.az-ın istifadəçilərə təqdim etdiyi yeni üstünlüklər