Çılpaq fotosessiya edib məşhur jurnalın üz qabığına düşdü - FOTO

Çılpaq fotosessiya edib məşhur jurnalın üz qabığına düşdü - FOTO

Britaniyalı məşhur müğənni və model Dua Lipa "Elle" moda jurnalı üçün açıq-saçıq obrazlarda çəkilib.



BiG.AZ-ın verdiyi xəbərə görə, ulduzun jurnala müsahibəsi və fotoları nəşrin saytında dərc olunub.



Ağ-qara fotolarda 24 yaşlı müğənni lüks brendlərin paltarlarında poz verir.



Dizayner Tom Fordun dar libası xüsusi diqqət cəlb edir.



Jurnalın qapağı üçün rəssam Zoe Qrossmanın çəkdiyi portret seçilib.



Müsahibəsində Dua Lipa koronavirus pandemiyasından sonra bəşəriyyətin necə yaşayacağından danışıb:

“Çox güman ki, dünyamız əbədi olaraq dəyişəcək. Yəqin ki, təbiətə fərqli yanaşacağıq. Əvvəlki kimi laqeyd olmayacağıq, daha həssas olacağıq. Düşünürəm ki, hər anı qiymətləndirməyə başlayacağıq... Ümid edirəm, olanladan yaxşı dərs çıxaracağıq".



Xatırladaq ki, Dua Lipa apel ayında da "Elle" jurnalı üçün açıq-saçıq fotosessiyada iştirak edib. Həmin fotolarda çılpaq müğənni "Moschino" italyan markası tərəfindən hazırlanan toxunma gitara arxasında "gizlənib".



Üz qabığı üçün Dua Lipa "Gucci" markasından olan yarıqlı, şəffaf paltarda çəkilib.



Natəvan Baxşiyeva

 

Mənbə: big.az