AMEA əməkdaşlarının elmi bazalarda indeksləşən jurnallarda dərc olunan məqalələri müəyyənləşdiriləcək

AMEA əməkdaşlarının elmi bazalarda indeksləşən jurnallarda dərc olunan məqalələri müəyyənləşdiriləcək

Son illər Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elmin informasiya bazasının gücləndirilməsi, alimlərin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi, onların nüfuzlu elmi bazalarda indeksləşən jurnallarda əsərlərinin sayının artırılması məqsədilə mühüm tədbirlər həyata keçirilir.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, bu tədbirləri davam etdirmək, eyni zamanda, alimlərin sosial müdafiəsini gücləndirmək, onları daha yüksək səviyyəli elmi tədqiqatlar aparmağa həvəsləndirmək məqsədilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “2019-cu ildə "Web of Science" və "Scopus" elmi bazalarında indeksləşən jurnallarda dərc olunan məqalələrin müəyyənləşdirilməsi haqqında” müvafiq sərəncam imzalayıb.

Sərəncamda AMEA-nın elmi bölmələrinə tabeliklərində olan müəssisələrin əməkdaşları tərəfindən 2019-cu ildə “Web of Science” və “Scopus” elmi bazalarında indeksləşən jurnallarda dərc olunan məqalələrin siyahısının müvafiq formaya uyğun hazırlanıb bir ay müddətində AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə təqdim etmələri tapşırılıb. Sənədə əsasən, Elm və təhsil idarəsinə təqdim olunmuş məqalələrin həmin idarənin Elmi-analitik şöbəsi tərəfindən müvafiq qaydada təhlil edilməsi və akademiya üzrə yekun siyahının hazırlanaraq AMEA-nın prezidentinə təqdim edilməsi həvalə olunub.

Mənbə: azertag.az