Zoologiya İnstitutunda magistrantların yay imtahan sessiyası davam edir

Koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən son günlər yüksək yoluxma faktları aşkar edilir, yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə ölkədə sərt karantin rejimi daha da uzadılıb. Mövcud vəziyyətlə əlaqədar olaraq AMEA Zoologiya İnstitutunun magistraturasında təhsil alan magistrantların yay imtahan sessiyası onlayn şəkildə davam etdirilir.

Zoologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, institutun I kurs magistrantı Nigar Vəliyevanın yay imtahan sessiyasında növbəti imtahanı keçirilib. O, Azərbaycan faunası fənnindən imtahan verib. “Zoom” platforması üzərindən keçirilən onlayn imtahanda gənc tədqiqatçı yüksək bal toplayaraq “əla” qiymət alıb.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Koronavirusdan sonra dünyada bir ilk - FOTO

SONRAKI XƏBƏR

Paytaxtda Nazarbayevin abidəsi ucaldıldı