"Birlik" jurnalının 12 yaşı tamam olur

"Birlik" jurnalının 12 yaşı tamam olur

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) rəsmi orqanı olan "Birlik" jurnalının 12 yaşı tamam olur.

Jurnalın baş redaktoru İlqar İlkin "OLAYLAR"-a bildirib ki, "Birlik" jurnalında bütün türk ellərini əhatə etməklə, dərc olunan materialların coğrafi arealı da kifayət qədər geniş oldu.Təkcə coğrafi arealın genişliyi ilə yox, Türklük ideoloji yükü, Azərbaycan və bütün Türk xalqlarının mədəniyyətinin, diaspor fəaliyyətinin, tarixinin, ədəbiyyatının təbliği baxımından xüsusi əhəmiyyət kəsb edən bir-birindən maraqlı yazılarla tarixləşdi: "Bu 12 illik yubileyimizdə jurnalın təsisçisi ATXƏM-in sədri İlham İsmayılova təşəkkür edir, jurnalın ilk baş redaktoru olmuş, dəyərli ziyalımız, mərhum Salman Vilayətoğlunu böyük rəhmət, sevgi və sayğıyla yad edirik. Bu illər ərzində öz dəyərli qələmləri ilə jurnalımızda vaxtaşırı yazan qələm adamlarımıza dərin təşəkkürümü bildirirəm. Tanrı Türkə yar olsun".

 

Mənbə: olaylar.az