Azərbaycanlı müğənni Kim Moralesin mahnısına klip çəkdi - VİDEO

 

Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov meksikalı məşhur müğənni Kim Moralesin mahnısına klip çəkib.

Oxu.Az xəbər verir ki, klip Almaniyanın müxtəlif məkanlarında Moralesin “Viva la vida” mahnısına çəkilib.

Qeyd edək ki, Seyran İsmayılxanov “Almaniyanın Səsi 2019” müsabiqəsinin iştirakçısı olub. O, dörd dildə - rus, Azərbaycan, ingilis və alman dillərində söz yazıb, mahnı bəstələyir. S.İsmayılxanov bir neçə dəfə "Eurovision”un Azərbaycan üzrə milli seçim turlarında iştirak edib. Onun mahnıları nəinki Almaniyada, həmçinin Azərbaycanda, Türkiyədə və dünyanın digər ölkələrində populyarlıq qazanıb.

Onu da deyək ki, S.İsmayılxanov Moskvada, Qazaxıstanda, Türkiyədə, Tacikistanda, Azərbaycanda, Fransada və Almaniyanın bir sıra şəhərlərində solo konsertlərlə çıxış edib. O, həmçinin Tacikistan müğənnisi Təhminə Niyazova ilə duet oxuyub.

 

 

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Polisin "Saxla" əmrinə tabe olmayan motosikletli həbs edildi - FOTO

SONRAKI XƏBƏR

Müəllimlər üçün onlayn müsahibələrə start verilir