Maska taxmayan məşhur aktyor: "Səhv başa düşdünüz"

Maska taxmayan məşhur aktyor:  "Səhv başa düşdünüz"

Ötən günlərdə maskasız şəkildə görüntülənən məşhur aktyor Kadir İnanır sosial şəbəkələrdə izləyicilər tərəfindən qınanıldığını bildirib.
Primetime.az xəbər verir ki, olayla bağlı açıqlama verən aktyor bildirib ki, bu sadəcə bir neçə saniyə gecikmə ilə bağlı olub: "Restorandan çıxanda şoferimi gözlədiyim vaxt indi taxaram dediyim maskanı taxa bilmədən jurnalistlər şəkillərimi çəkdilər".

Sosial şbəkələrdə izləyicilər tərəfindən qınaq atəşinə tutulduğunu bildirən sənətçi qanunlara riayət etdiyini, hər kəsin də etməli olduğunu bildirib.

Mənbə: primetime.az