Özcan Dənizdən yeni serial müjdəsi

Özcan Dənizdən yeni serial müjdəsi

Türkiyəli müğənni-rejissor Özcan Dəniz yeni layihə təqdim etməyə hazırlaşır.

Axşam.az xəbər verir ki, sənətçi "Seni çok özlədim" adlı serial üçün hazırlıqlara start verdiyi açıqlayıb.

Özcan ekran işinin həm prodüserliyini, həm də rejissorluğunu özü edəcək. Serial "Star" telekanalında yayımlanacaq.

Qeyd edək ki, Özcan Denizin çəkməyə hazırlaşdığı "Kral" serialı təxirə düşüb.

Mənbə: axsam.az