Çağatay tarixi serialdan ayrıldı

“Hakan Muhafız” serialıyla yenidən gündəmə çevrilən aktyor Çağatay Ulusoy Türkiyənin ən böyük prodakşn layihələrindən biri olacağı deyilən “Barbaros” serialından ayrılıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, aktyor koronavirus pandemiyası və hazırlıq prosesinin uzanması səbəbindən belə bir qərar qəbul edib. Ekran işi Osmanlı imperiyasının ilk kapitanı Barbaros Xeyrəddin Paşanın həyatından bəhs edir. "Barbaros" payızda TRT-də yayımlanacaq.

Ulusoy gələn il çəkilməyə hazırlaşdığı serial və film layihələrinin təqvimini uzatmasının da bu qərarı qəbul etməsində rol oynadığını qeyd edib.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

İranda nüvə obyektində partlayış Amerİkalı analİtİklər araşdırıb

SONRAKI XƏBƏR

Alimlər koronavirus əleyhinə vaksin kəşf edə biləcəklərmi? - ÜST əmin deyil