Cem Yılmaz üsyan etdi: “Allah sizi...”

Cem Yılmaz üsyan etdi: “Allah sizi...”

Türkiyənin məşhur aktyoru Cem Yılmaz mediada onun barəsində yazılanlara kəskin etirazını bildirib.

Cebhe. info xəbər verir ki, Cem Yılmazı özündən çıxaran köşə yazarı Onur Baştürkün yazısı olub.

Qeyd edək ki, Onur Baştürk tanınmış aktyor Ozan Güvənin sevgilisi Dəniz Buludsuza qarşı zorakılıq etdiyini yazıb.

Yazarın iddiasına görə Cem Yılmaz bu məsələdə tərəf tutaraq dostunu müdafiə edib. Cem Yılmaz iddianın doğru olmadığını bildirib. “Allah sizi qəhr etsin. Artıq nə dediyinizi, nə söylədiyinizi anlayacaq halınız qalmayıb. Ozan dostumdur, nə olsun? Zorakılığın tərəfi olmaz. İş məhkəmədədir. Mən məhkəməyə müraciət etsəm, “mən elə eşitmişdim” deyib qaçacaqsınız”-deyə, Cem Yılmaz bildirib.

Aydın
Cebhe. info

Mənbə: cebhe.info