Onlarla ABŞ diplomatı Səudiyyəni tərk edir - 30 əməkdaş virusa yoluxub

Onlarla ABŞ diplomatı Səudiyyəni tərk edir - 30 əməkdaş virusa yoluxub

Amerika Birləşmiş Ştatlarının (ABŞ) onlarla diplomatı ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanını tərk etməyə hazırlaşır.

Onlar bu qərarı ölkədə koronavirus xəstəliyinin sıçrayışla artması səbəbilə qəbul ediblər.

Bu barədə özəl mənbələrinə istinadla «The Wall Street Journal» nəşri xəbər verib.

Artıq bu ölkədə ABŞ səfirliyinin 30-dan artıq əməkdaşının yoluxduğu bildirilir, iyun ayında isə səfirliyin COVİD-19 virusuna yoluxmuş sürücüsü ölüb.

Bu zaman, diplomatlar ehtiyat edirlər ki, Səudiyyə hakimiyyəti epidemiyanın miqyasını gizlədir. Bununla bağlı, Dövlət Departamenti personalın Səudiyyəni tərk etməsinə icazə verib.

AzPolitika.info

Mənbə: azpolitika.info