Müğənnimizin bu mahnısı qadağan edildi - Video

Müğənnimizin bu mahnısı qadağan edildi - Video

İran Teleradiosunun Şeir və Musiqiyə Nəzarət və Lisenziya Şurası azərbaycanlı müğənni Mehrdad Kəsaninin “Vətən bizimdir” mahnısına icazə verməyib.

Kult.az xəbər verir ki, bu barədə GADTB-nin (Güney Azərbaycan Demokratik Türk Birliyi) mətbuat xidməti məlumat yayıb.

Mövzu ilə əlaqədar müğənni İnstaqram hesabında da paylaşım edib.

O bildirib ki, İran Teleradio Şirkətinin Azəri Şeir və Musiqisinə Nəzarət və Lisenziya Şurası bu qərarı musiqinin “yerli olmaması”, mahnının sözlərinin vətənlə əlaqəsizliyi, eləcə də ifanın türkcə olması ilə əsaslandırıb.

 

Mənbə: axar.az