"Ailəmə görə teatrı atdım" - Allahverdi Yolçuyev

"Ailəmə görə teatrı atdım" - Allahverdi Yolçuyev

"Xəzər TV"də yayımlanan "Evdəkilərə salam" verilişi bu dəfə aktyor Allahverdi Yolçuyevin evində qonaq olub.
Axin.az xəbər verir ki, sənətçi aparıcı Aytəkin Mərdanovanın suallarını cavablandırıb. O bildirib ki, teatrdan çıxmasına səbəb ailəsi olub:
"Dörd qızım var. İkisi ailəlidir, ikisi subay. Xanımım xalam qızıdır. Uşaqlıqdan Dilarə ilə bir idik, 40 ildir ailə qurmuşuq. Ailədə mehribanıq. Qonşular heç vaxt bizdən dava eşitməyiblər: qışqıraq, dava edək. Problemlərimizi öz aramızda həll etmişik. Şan-şöhrətə qaçmamışıq. Ailələr indi ona görə dağılırlar. Şorba da içəndə, kabab da yeyəndə şükür etmişik. İnsan var gələn gəliri göyə sovurur, ailəni unudur. Mən isə nə olub ailəmə, övladlarıma, qardaşlarıma etmişəm. Bizdə deyilməyib ki, niyə qardaşa etdin?
Uzun illər toylar idarə etmişəm. Çox zəngin ailələrin toyunu aparmışam. Bəlkə teatrda olsaydım, fəxri adlar alıb, həyatımı daha yaxşı qurardım. Amma ailəmi seçdim. Ailə ilə teatr bir arada olmaz. Bu evi, hər şeyi şənliklər hesabına qurmuşam".
"Ciddi insandır. Amma məni heç vaxt incitməyib. Allahverdini sənətinə qısqanmamışam. Hər zaman hər şeyi mənlə bölüşüb, bu da xoşuma gəlib" deyə, aktyorun xanımı əlavə edib.

Mənbə: axin.az