Damla, Xatun və bir sıra məşhurların səhnə adını o QOYUBMUŞ — ŞOU BİZNESİN

Damla, Xatun və bir sıra məşhurların səhnə adını o QOYUBMUŞ  — ŞOU BİZNESİN

Xalq artisti Samir Cəfərov qonaq olduğu ''Ulduzum'' verilişində maraqlı açıqlama verib.

''Ölkə.Az'' xəbər verir ki, sənətçi bir sıra məşhur müğənnilərə Rəhaman Əliyevin ad qoyduğunu deyib.

''Mən Rəham Əliyevlə çalışdığım zamanlarda studiaya Mənsumə adında bir qız gəldi. Rəhman müəllim dedi ki, bu qızın çox qəşəng səsi var. Ona elə bir mahnı verəcəm ki, çox tanınmış biri olacaq. Mahnıya qulaq asanda bildim ki, Arif Səlimovun ''O mənəm'' mahnısıdır. Elə o ifadan sonra Rəhman Mənsumənin adını dəyişərək Damla qoydu. Rəhmanın Dədəqorqudluğu olduğu üçün bir sıra məşhura adlarını o verib. Elə Nərgizin adını dəyişərək, Xatuna da adını o verib''.

Ölkə.Az

Mənbə: olke.az