Karantinə görə aylar sonra evinə qayıdan qadın ŞOK OLDU - FOTOLAR

Karantinə görə aylar sonra evinə qayıdan qadın ŞOK OLDU -  FOTOLAR

Fransada yaşayan 22 yaşlı Donna Pori mart ayında başlayan karantini sevgilisinin yanında keçirə bilmək üçün evindən uzun müddətlik çıxıb. Aylar sonra geri döndüyündə isə gördüyü onu şok edib.

Metbuat.az xəbər verir ki, evinə gələn Donna mətbəxə girdiyində aylar əvvəl alıb dolaba qoyduğu kartofun yetişərək mətbəxi "ələ keçirdiyini" görüb. Donna gördüyü mənzərəni çəkərək sosial şəbəkədə paylaşıb. O, kartofu mətbəxdən çıxarmaq üçün saatlarla çalışdığını qeyd edib.

Görüntülər sosial mediada böyük marağa səbəb olub. Fotolara on minlərlə bəyənmə və "retvit" atılıb.

 

 

Mənbə: metbuat.az