Nadir: "Arvada deyirəm, ağlamalı günlərin hələ qabaqdadı"

Nadir: "Arvada deyirəm, ağlamalı günlərin hələ qabaqdadı"

“Yanvar ayından toya getmirəm, hələ qabaqdakı aylarda da getmək ehtimalı yoxdu. Arvad deyir ki, vaxtında bizə bir gün ağlamadın. Deyirəm, hələ gül, ağlamalı günlər qabaqdadır”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə karantin günlərində maddi durumundan danışarkən deyib.

Nadir uşaqkən anasının ona dediyi nəsihəti də xatırlayıb:

“Hələ uşaq idim, anam zamanında deyirdi ki, gələcəkdə ev-eşik sahibi olanda, pul qazananda, beş manat qazansan, onun üçünü dala at. Birdən gedib kimdənsə borc istəsən, “yox” cavabı alsan, bu, ölümdən betərdir. Deyərlər, sən də mənim kimi kişisən, niyə məndə var, səndə yoxdur? Anamın dedikləri indi qarşıma çıxır. Düzdür, mənə hərdən Hacı Qara da deyirlər, amma belə deyil”.

Nehru

www.yenicag.az

Mənbə: yenicag.az