Sılanın klipinin yayımı dayandırıldı

Sılanın klipinin yayımı dayandırıldı

Türkiyəli müğənni Sılanın “Karanfil” adlı klipinin yayımı dayandırılıb.
BiG.AZ xəbər verir ki, şikayətlərin ardından RTÜK tərəfindən sözügedən klipin televiziya kanallarında nümayiş olunması qadağan edilib. Klipdəki siqaret səhnələrinin gənclərə pis nümunə olması səbəbiylə belə bir qərarın verildiyi açıqlanıb.
Qeyd edək ki, 40 yaşlı müğənni Sıla bu barədə heç bir açıqlama vermək istəmədiyini bildirib.
Elmir Kərimli

Mənbə: big.az