Cəlal Kəngərli: "Millionaire Concept" biznesmenlər üçün olduqca uğurlu və faydalı bir layihədir

Cəlal Kəngərli: "Millionaire Concept" biznesmenlər üçün olduqca uğurlu və faydalı bir layihədir

"Millionaire Concept"in layihəsi olan və Instagram sosial şəbəkəsi üzərindən aparılan "Here We Are" öz izləyicilərini tanınmış və maraqlı qonaqlarla sevindirməyə davam edir. "Live talking" formatında keçirilən bu layihədə Millionaire Concept Network-in üzvləri və cəmiyyətdə böyük nüfuza sahib olan tanınmış simalar iştirak edirlər.

Metbuat.az xəbər verir ki, Aqil Məmiyevin bu dəfəki apardığı canlı yayımın qonağı Kengerli markasının yaradıcısı məşhur fotoqraf, dəb dizayneri, iş adamı Cəlal Kəngərli olub. İlk olaraq fotoqrafiyaya olan marağından danışan Cəlal bildirib ki, uşaqlıq dövründən bu sahəyə hobbi kimi başlayıb və zaman keçdikcə bu peşənin sirrlərinə yiyələnərək onun peşakarına çevirilib. Təbii ki, bu onda heç də asan olmayıb, çünki özünün də dediyi kimi, bu sahədə uğur qazanmaq üçün çətin və əziyyətli bir yol qətt edib. Cəlalın dediyinə əsasən hər bir insan uğur formulunu özü müəyyən edir. Burada əsas məqam qoyulan hədəfdir. Əgər arzun varsa, mütləq ona çatmağa doğru addımlamalısan. Bu yolda yorulmaq və geri çəkilmək olmaz.

Cəlal eyni zamanda qeyd edib ki, ideal iş olmur, olsa da belə mütləq ki, bir səhv ola bilər, hansından ki, insan mütləq nəticə çıxarmalıdır və öz üzərində işləməlidir ki, növbəti dəfə bu səhvə yol verməsin. Yalnız bu zaman o, böyük uğurlar qazanmağa qadirdir. Hazırda yeni inşaat və tikinti layihə ilə məşğul olduğunu deyən iş adamı gələcəkdə bir çox planların olduğunu da dedi. Onlar arasında zövqü bir kafenin yaradılması da yer alır.

Agil Məmiyevin suallarını cavablandıran Kəngərli sosial şəbəkələrdə ona yazılan rəylərə də toxundu. Onun dediyinə görə, yazılan hər bir rəyə böyük hörmətlə yanaşır və çalışır ki, ona ünvanlanan sualların bir çoxuna cavab versin.

"Bəs Cəlal Kəngərlinin motivatoru kimdir?" sualına isə o belə cavab verdi: “Mənim motivatorum, kumirim əfsanəvi modelyer Karl Lagerfeld olub. Düzdür o dünyasını dəyişib, amma onun yaratdığı əsərlər və gördüyü işlər mənə böyük stimul verir. Bir məqamı da qeyd edim ki, o, eyni zamanda gözəl fotoqraf idi.”

Sonda “Millionaire Concept”dən söz açan Kəngərli bu tədbirin özəlliyindən danışıb və qeyd edib ki, həmin qala gecə onun bir əməkdaşlığının reallaşmasında rol oynayıb. O, həmçinin bildirib ki, “Millionaire Concept” biznesmenlər üçün olduğca uğurlu və faydalı bir layihədir.

Mənbə: metbuat.az