Türkiyəli məşhurun gözəlliyi GÖZ QAMAŞDIRDI

Türkiyəli məşhurun gözəlliyi GÖZ QAMAŞDIRDI

Türkiyəli məşhur aktrisa Demet Özdemir 46-cı ''Altın Kelebek'' mükafatları gecəsində libası ilə göz qamaşdırıb.

''Ölkə.Az'' xəbər verir ki, COVID-19 səbəbilə təxirə salınan mükafatlandırma mərasimi yeni formatda tamaşaçı qarşısına çıxıb. Gecədə mükafat qazanan məşhurlar elan edildikdən sonra onlarla video əlaqə saxlanılıb, çıxışları yayımlanıb. ''Pantene Altın Kelebek Mükafatları'' mərasimində iştirak edən Demet Özdemir gözəlliyi və qara rəngli libası ilə diqqət çəkib. Fotolarını sosial media hesabında yayımlayan aktrisanın gözəlliyinə pərəstişkarları tərif yağdırıblar.

Ölkə.Az

Mənbə: olke.az