“İncəsənət xadimlərinin çətinlikləri hamıdan çoxdu, yeganə işləməyən insanlar bizik...”

“İncəsənət xadimlərinin çətinlikləri hamıdan çoxdu, yeganə işləməyən insanlar bizik...”

“Karantin dönəmində insanlar darıxmasınlar deyə bizim elə vaxtımız efirlərdə keçir. Çox sağ olsun telekanallarımız, doğum günümlə bağlı məni verilişlərə dəvət edib və axşam da efirdə olacam”

Bunu Moderator.az-a açıqlamasında bu gün doğum gününü qeyd edən Əməkdar artist Elza Seyidcahan deyib. Müğənni karantin rejimində mədəniyyət xadimlərinin çətinliklərinin daha çox olduğunu bildirib:

“Təbrikiniz üçün çox sağ olun. Karantin dönəmində insanlar darıxmasınlar deyə bizim elə vaxtımız efirlərdə keçir. Çox sağ olsun telekanallarımız, doğum günümlə bağlı məni verilişlərə dəvət edib və axşam da efirdə olacam. Deyir ki, “keçən günə gün çatmaz, calasan ömür ömrə”. Əlbəttə, keçmişi geri qaytarmaq olmur, ömür gedir. Biz indiki məqamda güclü, məsuliyyətli olsaq, gələcəyimiz keçmişimizdən də gözəl ola bilər. İndi hamımızın çətinliyi var, belə baxanda incəsənət xadimlərinin çətinlikləri hamıdan çoxdur, çünki yeganə işləməyən insanlar bizik. Biz də oxuyanda işçilərimizə maaş verirdik. Bunların hamısı maddiyatın üzərində qurulub. Ümid edirəm ki, hər şey yaxşı olacaq, Allah bizi bu imtahandan tezliklə xilas etsin və gözəl günlərimizə qovuşaq. Ölkə başçımızın Allah canını sağ etsin ki, milləti qoruyur və sadəcə insanlarımız da qaydalara riayət etməlidirlər”.

Vasif Əlihüseyn

 

 

Mənbə: moderator.az